Çavuşu vəfat etdi, DSX-nın rəhbər şəxsləri Yevlaxa ezam olundu

 Çavuşu vəfat etdi, DSX-nın rəhbər şəxsləri Yevlaxa ezam olundu

Fevral ayının 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Nabatəlizadə Ceyhun Şahin oğlu qeyri-döyüş şəraitində vəfat edib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri hadisə yerinə ezam olunublar.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

14:40 - 3 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin