Azərbaycanda şadlıq sarayında yanğın olub

 Azərbaycanda şadlıq sarayında yanğın olub

Oğuz rayonunda şadlıq sarayında yanğın olub.

Bu barədə Asayis.az-a- Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Padar kəndində ümumi sahəsi 1250 m² olan birmərtəbəli şadlıq sarayının mətbəxində 1 ədəd elektrik lövhəsi, 1 ədəd rəf və dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb. Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10:17 - 30 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin