Oğuz sakini Dağıstanda intihar edib

 Oğuz sakini Dağıstanda intihar edib

Rusiyada işləyən Oğuz rayon sakini özünü öldürüb. Asayis.Az report-a istinadən xəbər verir ki, hadisə Rusiya Federasiyasının Dağıstan Respublikasında baş verib.

Belə ki, Oğuz rayon Bucaq kənd sakini, 1988-ci il təvəllüdlü Şirin Məhərrəm oğlu Məmmədov Dağıstan Respublikasının Mahaçqala şəhərində özünü asaraq intihar edib.

Qeyd edək ki, 35 yaşlı Ş.Məmmədov ailə olub, uzun müddət Dağıstanda işləyib.

10:23 - 29 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin