Bakı İrandakı səfirliyimizin əməkdaşlarının təxliyəsi üçün təyyarə göndərir

 Bakı İrandakı səfirliyimizin əməkdaşlarının təxliyəsi üçün təyyarə göndərir

“Səfirlik əməkdaşları, onların ailə üzvləri və şəhid Orxan Əsgərovun cənazəsinin Azərbaycana gətirilməsi bir yerdə olacaq”.  Asayis.Az xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, təxliyə Bakıdan yola düşəcək təyyarə ilə həyata keçiriləcək.

Qurum rəsmisi təxliyənin tarixi və saatı barədə dəqiq məlumat verə bilməyəcəyini deyib.

15:38 - 28 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin