Sumqayıtda evdən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də şəhər ərazisindəki evlərin birindən 40.000 ABŞ dolları (68 min manat) və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Kotec qəsəbə sakini Y.Meylamova saxlanılıb.