Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq

 Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq

Rəqabət Məcəlləsinin layihəsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq. Asayis.Az report-a istinadən xəbər verir ki, məsələ parlamentin 2023-cü il üzrə yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib.

Layihə əvvəlcə sessiya ərzində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.

15:24 - 28 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin