Sabaha gözlənilən hava şəraiti açıqlanıb

 Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Yanvarın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Asayis.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

12:21 - 28 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin