Abşeron rayon Mərkəzi xəstəxanasında "insan seli" - Nə baş verir? - VİDEO

 Abşeron rayon Mərkəzi xəstəxanasında

Abşeron rayon Mərkəzi xəstəxanasında ajiotaj yaranıb.

Asayis.Az BAKU.WS-ə istinadən xəbər verir ki, altıncı gün olmasına baxmayaraq, xəstəxananın girişində insan izdihamı yaşanır.  

İddialara görə, buna səbəb qeydiyyat qarşısında yaranmış sıx növbədir. Xəstələrin sayının çox olmasına baxmayaraq, xəstəxanada cəmi bir qeydiyyatçının işləməsi izdihamın yaşanmasına səbəb olub.  

Qeyd edək ki, oxşar hadisə bir neçə gün əvəvəl 5 saylı şəhər kliniki xəstəxanasının qarşısında da baş verib. İcbari tibbi sığorta xətti ilə xəstəxanaya üz tutan sakinlər çətinliklə üzləşiblər. Onlar həkim qəbuluna düşmək, müayinədən keçmək üçün səhər saatlarından növbədə dayanıblar.

Həmin görüntüləri təqdim edirik: 

https://baku.tv/cemiyyet/abseron-rayon-merkezi-xestexanasinda-ne-bas-verir

11:35 - 28 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin