Fransalı senator Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını pislədi

 Fransalı senator Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını pislədi

Fransa Senatının üzvü Natali Qule Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyib.

Bu barədə fransalı senator öz “Twitter” səhifəsində paylaşım edib.

“Azərbaycanın Tehrandakı səfirliyinə edilən, bir təhlükəsizlik əməkdaşının öldüyü, bir neçəsinin isə yaralandığı hücumu kəskin şəkildə pisləyirəm. Mərhum Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - o qeyd edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

18:29 - 27 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin