"Türkiyə can dostu Azərbaycanın yanındadır" - Ərdoğan

"Azərbaycanın Tehrandakı Səfirliyində bir mühafizə əməkdaşının şəhid olduğu hücumu şiddətlə qınayıram".

Asayis.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz tvitter hesabında yazıb.

"Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılara şəfa diləyirəm. Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır", - paylaşımda bildirilib.

17:19 - 27 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin