Ələt-Astara yolunda oğurluq, dəmirləri söküb satdılar

 Ələt-Astara yolunda oğurluq, dəmirləri söküb satdılar

Magistral yoldan oğurluq edən şəxs saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində mühafizə çəpərinin metal dayaqlarını oğurlayan şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Ələt-Astara Magistral yolunun 163-cü kilometrliyində əraziyə basdırılmış, Avtomobil Yollarının Mühafizəsi MMC-yə məxsus olan 21 ədəd dəmir dirəyin oğurlanması ilə bağlı Lənkəran ŞRPŞ-yə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dirəkləri oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini T.Alxasov müəyyən edilərək saxlanılıb. Oğurlanan dirəklər aşkarlanaraq maddi sübut kimi götürülüb.


10:57 - 3 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin