Yüksək sürətlə hərəkətdə olan "Prado" ağaclığa çırpıldı - VİDEO

 Yüksək sürətlə hərəkətdə olan

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.

Asayis.AZ-ın xəbərinə görə, Maştağa qəsəbəsində yüksək sürətlə hərəkətdə olan "Toyota Prado" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı ağaclığa çırpıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Görünüləri təqdim edirik:

https://baku.tv/hadise/yuksek-suretle-herektde-olan-prado-qeza-toretdi

15:39 - 27 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin