Fransa səfiri Azərbaycana başsağlığı verib

 Fransa səfiri Azərbaycana başsağlığı verib

“Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan kədərləndim”.

Asayis.Az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon tvitterdə yazıb.

O, Azərbaycan xalqına, Xarici İşlər Nazirliyində çalışan diplomatlara və silahlı hücumda həlak olan mühafizəçi Orxan Əsgərovun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər isə yaralanıb.

13:45 - 27 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin