Tehrandakı səfirliyimizə edilən terror aktında şəhid olan Orxan Əsgərov kimdir? - FOTO

 Tehrandakı səfirliyimizə edilən terror aktında şəhid olan Orxan Əsgərov kimdir? - FOTO

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun atası həkimdir.

Asayis.Az oxu.az-a istinadən xəbər verir ki, onun atası Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovdur.

Artıq həkimə məlumat verilib. O, paytaxta yola düşüb.

O.Əsgərovun ölümü barədə hələ ki anasının məlumatı yoxdur.

“Qafqazinfo” xəbər verir ki, əslən Gəncə şəhərindən olan Orxan daha əvvəl Azərbaycanın Moskvadakı səfirliyində də çalışıbmış.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında xain hücum nəticəsində aldığı güllə xəsarətlərindən vəfat edən O.Əsgərov şəhid kimi təqdim edilib.

13:25 - 27 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin