Zərdab sakinlərindən qanunsuz silah-sursat götürülüb

 Zərdab sakinlərindən qanunsuz silah-sursat götürülüb

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Asayis.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Burunlu kənd sakinləri H.İsgəndərovdan və A.Rəhimovdan müvafiq sənədləri olmayan ov silahları aşkarlanaraq götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

10:44 - 27 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin