Qrip vaksini vurdurmaq üçün hara müraciət edək?

 Qrip vaksini vurdurmaq üçün hara müraciət edək?

Hazırda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır.

Asayis,Az xəbər verir ki, bu barədə TƏBİB-dən verilən məlumatda bildirilib.

Bildirilir ki, vaksinlər Niderland istehsalıdır. Vaksin vurdurmaq istəyən şəxslər qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət edə bilərlər.

Vaksinasiya ödənişsizdir və dövlət hesabına aparılır.

Qeyd edək ki, influenza el arasında qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir və adətən simptomatik müalicə olunur.

İnfluenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.

16:32 - 26 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin