Məktəblər üçün idxalı gömrük rüsumlarından azad edilən vasitələrin siyahısı hazırlanacaq

 Məktəblər üçün idxalı gömrük rüsumlarından azad edilən vasitələrin siyahısı hazırlanacaq

Dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən vasitələrin siyahısı hazırlanacaq.

Asayis.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

15:33 - 26 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin