Yas mərasimində namaz qılmaq üstündə dava düşdü: Yaralanan var

 Yas mərasimində namaz qılmaq üstündə dava düşdü: Yaralanan var

Şəmkir rayonunda yas mərasimində dava düşüb.

Asayis.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.

Belə ki, kənddə keçirilən yas mərasimində 1990-cı il təvəllüdlü Ruslan Bağırov və həmyerlisi, 1978-ci il təvəllüdlü İdris Alıyev arasında namaz qılmaq üstündə mübahisə yaranıb.

Nəticədə R.Bağırov İ.Alıyevə xəsarət yetirib.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

14:44 - 26 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin