Bakıda avtomobil təmiri sexində yanğın - FOTOLAR

 Bakıda avtomobil təmiri sexində yanğın - FOTOLAR

Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində yanğın olub.

Ərazi üzrə Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin bölmələri və Bakı Qarnizonunun digər qüvvələri hadisə yerinə cəlb edilib. İlk yanğın bölməsi məlumat daxil olan andan 8 dəqiqə sonra hadisə yerinə çatıb.”

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov bildirib.

Ə.Novruzov qeyd edib ki, yanğın nəticəsində “Daş-qum bazarı” adlanan ərazidə ümumi sahəsi, təxminən 750 kvadrat metr olan avtomobil şinlərinin təmiri sexi, eyni zamanda metal qəbulu məntəqəsi, 500 kvadrat metr sahədə yeməkxana kimi fəaliyyət göstərən obyekt və bir ədəd “Ford Tranzit” markalı yük avtomobili yanıb: “Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının söndürülməsinə 11 ədəd yanğınsöndürmə texnikası və 60 nəfərə yaxın canlı qüvvə cəlb edilib. Yanğın iki saat ərzində tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır”.


22:47 - 2 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin