15 erməni əsgərinin yanaraq öldüyü "hərbi hissə" azərbaycanlının evi olub - FOTO/VİDEO

 15 erməni əsgərinin yanaraq öldüyü

Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölümü ilə nəticələnən yanğının baş verdiyi “hərbi hissə” ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Azərbaycan Televiziyasının (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Asayis.AZ-a verilən məlumata görə, ermənilərin hərbi hissə adlandırdığı tikili əslində 35 il əvvəl yurd yerlərimizdən qovulan Basarkeçər rayonundakı Peşə məktəbinin müəllimi Kamandar Həsənovun evi olub.

“AZTV Xəbər”in komandası 35 ildir ki, evlərindən kazarma kimi istifadə edilən ailə ilə görüşüb, həmsöhbət olub. Vətən həsrəti ilə dünyadan nakam köçən Kamandar Həsənovun oğlu deyib ki, evlərini  kadrlarda görən kimi tanıyıb.

Daha ətraflı reportajda tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=URL6CQe67iI

 

11:48 - 26 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin