Bakıda xəstəxanada DƏHŞƏT: tibbi spirtlə özünü yandırdı

 Bakıda xəstəxanada DƏHŞƏT: tibbi spirtlə özünü yandırdı

Bakıda xəstəxanada intihara cəhd hadisəsi olub.

Asayis.Az lent.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 25-i saat 16 radələrində Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 16 ünvanında yerləşən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 2-ci mərtəbəsində qeydə alınıb.

31 yaşlı Salamzadə Hikmət Natiq oğlu tibbi spirti üzərinə tökərək özünü yandırıb. Nəticədə almış olduğu xəsarətlərdən “Nərimanov Tibb Mərkəzi”-nin Yanıq şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, H. Salamzadə qazidir.

11:08 - 26 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin