Nəsimi rayonunda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

 Nəsimi rayonunda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, qəza Vaqif prospekti ilə Xan Şuşinski küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Toyota Camry" və "Chrysler" markalı minik avtomobilləri toqquşub.

"Chrysler" markalı avtomobilin sürücüsü zərbə nəticəsində idarəetməni itirərək maşını təxminən 100-150 metr qabağa apararaq işıq dirəyinə çırpıb və dayanıb. Qəza nəticəsində 1989-cu il təvəllüdlü Güləliyeva Aynur Ramiz qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

10:21 - 26 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin