“Vaqner” muzdlularının Bakı kəndindəki qəbirləri son 2 ayda 7 dəfə artıb - FOTO

 “Vaqner” muzdlularının Bakı kəndindəki qəbirləri son 2 ayda 7 dəfə artıb - FOTO

Son bir neçə ay ərzində “Vaqner” dəstəsinin muzdlular üçün dəfn yeri kimi istifadə etdiyi ərazi bir neçə dəfə genişlənib.

Asayis.Az oxu.az-a istinadən xəbər verir ki, söhbət Rusiyanın Krasnodar diyarının Bakı kəndi yaxınlığındakı qəbiristanlıqdan gedir.

Peyk görüntülərinə görə, onun ərazisi 7 dəfə artıb. Ekspertlərin fikrincə, bu, Ukrayna hərbçilərinin vaqnerçilərə ciddi zərbələr vurmasından xəbər verir.

Belə ki, yanvarın 24-də çəkilmiş peyk görüntüsü Vaqner əsgərlərinin dəfn olunduğu qəbiristanlıq ərazisində təxminən 170 dəfn yerinin olduğunu göstərir ki, bu rəqəm cəmi iki ay əvvəl peyk görüntülərində görünənlərlə müqayisədə təxminən 7 dəfə çoxdur.

10:00 - 26 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin