Ordumuzun özünü güllələyən əsgəri dəfn edildi - FOTO

 Ordumuzun özünü güllələyən əsgəri dəfn edildi - FOTO

Yanvarın 25-də Azərbaycan Ordusunun əsgərinin özünü güllələməsi barədə xəbər vermişdik.

Asayis.Az lent.az-a istinadən xəbər verir ki, dünyasını dəyişən əsgər Əkram Salahov bu gün Ağstafa rayonunun Dağ Kəsəmən kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun yanvarın 24-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

18:27 - 25 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin