"Lotu Quli"nin ən yaxın adamı həbsxanadan yoxa çıxdı

Qazaxıstanda kütləvi iğtişaşların təşkilində günahlandırılaraq həbs olunan “Arman Dikiy” kimi tanınan Arman Cumageldiyev istintaq təcridxanasından yoxa çıxıb.

Bu barədə onun vəkilləri məlumat verib.

Məlumatda qeyd olunur ki, vəkillər müdafiə etdikləri şəxsin hara və necə aparıldığından xəbərləri yoxdur. Hüquq müdafiə orqanlarında “Arman Diki”nin hara yoxa çıxmasından xəbərsiz olduqlarını bildiriblər.

Xatırladaq ki, Arman Cumageldiyev yanvarın 11-də 2 ay müddətində azadlıqdan məhrum edilmişdi. O, “Lotu Quli” kimi tanınan mərhum "qanuni oğru" Nadir Səlifovun ən yaxın adamlarından biri hesab olunurdu. 

17:56 - 2 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin