Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

 Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakının Nəsimi rayonunun Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Asayis.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılan təmir işləridir.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

17:21 - 25 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin