Dövlət Görmük Komitəsinin gənc əməkdaşı, salyanlı iş adamı Oqtay Abuzərlinin oğlu Xalid Abuzərli Yol Polisi əməkdaşları tərəfindən içkili vəziyyətdə saxlanılıb.
Məlumata görə, Xalid Abuzərli 9 iyun 2021-ci il tarixində Yasamal rayonu ərazisində içkili halda saxlanılıb və 400 manat məbləğində cərimələnib. Məlumata görə, Xalid Abuzərli 99-LJ-900 dövlət nömrə nişanlı son model "Toyota Camry” avtomobili ilə dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Xalid Abuzərlinin təm-təraqlı və harın həyat tərzi ilə bağlı dəfələlərlə mediada materiallar dərc olunub.
Hətta, Xalid Abuzərlinin özünün sosial şəbəkələrdə paylaşdığı bahalı maşınlar (hamısı eyni nömrə ilə) və eyş-işrət dolu həyat tərzi ilə bağlı yanvar ayının 17-də Dövlət Gömrük Komitəsinə sorğu da göndərmişik. Çox təəssüf ki, Gömrük Komitəsi 2 həftə ərzində susmağa üstünlük verib. Sayt komitənin mətbuat katibi Natiq Axundovla dəfələrlə əlaqə saxlasa da, o, sorğuya cavab verməkdən yayınıb.