Şəxsiyyət vəsiqələrinin verilməsində yaranan problemlə bağlı DİN-dən açıqlama - FOTO

 Şəxsiyyət vəsiqələrinin verilməsində yaranan problemlə bağlı DİN-dən açıqlama - FOTO

Xəbər verdiyimiz kimi, hazırda Azərbaycanda şəxsiyyət vəsiqələrinin yenilənməsi ilə bağlı problemlər yaşanır. Məsələnin kütləvi hal daşıyıb daşımaması ilə bağlı DİN-ə müraciət etdik. 

Asayis.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin şöbə rəisi, polkovnik-leytenant Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri ödənilmiş dövlət rüsumu əsasında müəyyən olunan vaxt çərçivəsində verilir:

"Bu vətəndaşın vəsatəti əsasındadır. Əgər vətəndaşlıq vəziyyəti ilə bağlı əlavə xüsusi hal yoxdursa, vətəndaş şəxsiyyət vəsiqəsi ilə vaxtında təmin edilir. Gecikmə varsa bununla bağlı vətəndaşa fərdi olaraq izah verilir, əlavə vaxt təyin edilir".

14:10 - 25 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin