Narkotacirin maşınından 2 kiloqrama yaxın heroin aşkarlanıb

 Narkotacirin maşınından 2 kiloqrama yaxın heroin aşkarlanıb

Qubada narkokuryer saxlanılıb.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Abşeron rayon sakini Vasif Hacıyev tutulub.

Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman 2 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məclləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

13:20 - 25 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin