Sükan arxasında telefonla danışan avtobus sürücüsü qəza törətdi - VİDEO

 Sükan arxasında telefonla danışan avtobus sürücüsü qəza törətdi - VİDEO

Bakıda 60 nömrəli avtobusun sürücüsü qəza törədib.

Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Şahidlərin dediyinə əsasən, sürücü telefonla danışdığı üçün avtobusu qarşıda hərəkət edən "Mercedes" markalı avtomobilə çırpıb.

Hadisə Əhmədli qəsəbəsi ərazisində qeydə alınıb.

Qəza zamanı sərnişinlərdən xəsarət alanların olduğu deyilir.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyindən (BNA) BAKU.WS-ə bildirilidi ki, hadisə ilə bağlı sürücü, dispetçer və daşıyıcı şirkət quruma çağrılıb: "Qəza və sürücünün telefonla danışması araşdırılacaq. Sürücünün izahatı alınacaq. Təbii ki, bu məsələdə kamera görüntülərinə də baxılacaq.

Sürücü adiyyəti dövlət qurumu tərəfindən inzibati məsuliyyətə cəlb olunacaq". 

https://baku.tv/hadise/bakida-sukan-arxasinda-telefonla-danisan-avtobus-surucusu-qeza-toretdi

17:32 - 24 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin