Bakıda şadlıq evinin yaxınlığında bıçaqlanma olub

 Bakıda şadlıq evinin yaxınlığında bıçaqlanma olub

Bakıda 38 yaşlı kişi bıçaqlanıb.

Asayis.Az report-a istinadən xəbər verir ki, hadisə yanvarın 24-də saat 04 radələrində paytaxtın Nizami rayonu, “Nazlı” şadlıq sarayının yaxınlığında yerləşən yaşayış binasının giriş hissəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Mehdiyev Alim Şakir oğlu Zaur adlı şəxslə mübahisə edib. Daha sonra Zaur ona bir neçə bıçaq xəsarəti yetirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

16:03 - 24 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin