Daxili İşlər Nazirliyi (DİN) Bakıda turistlərin evinə qonaq gedən qadının döyülməsi ilə bağlı məlumata münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qadının döyülüb xəsarət yetiriməsi ilə bağlı iddialar əsasızdır.
Qeyd edilib ki, hadisə baş verən ünvanda qadının özü-özünə xəsarət yetirməsi ilə bağlı görüntülər var: "İddiaların təfərrüatları Səbail Rayon Polis İdarəsinin 39-cü Polis bölməsində araşdırılır".