Ailəsini şəhidin sağ olduğuna inandırıb 100 min manat istəyən şəxslərə hökm oxunub

 Ailəsini şəhidin sağ olduğuna inandırıb 100 min manat istəyən şəxslərə hökm oxunub

Şəhid ailəsinə qarşı dələduzluqda ittiham olunan İxtiyar Orucov və Balaxan Hüseynlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Asayis.Az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, İxtiyar Orucov 7 il, Balaxan Hüseynli isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İxtiyar Orucov və Balaxan Hüseynli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs olunub.

Araşdırmalarıla şəhid İsa Məmmədlinin döyüşdə həlak olandan sonra yaşadığı rayonda dəfn edildiyi, bundan sonra onun anasının övladının bəlkə də dünyasını dəyişmədiyini, şəhidin isə başqa birisi olduğunu zənn edərək çıxış yolunu falçılara müraciət etməkdə gördüyü müəyyənləşdirilib.

Bu məqsədlə şəhid anası Rəna Məmmədova Xəzər rayonunda yaşayan və falçı kimi tanıdığı Elmira Orucovaya müraciət edib.

Həmin şəxs 100 manat pul müqabilində fala baxaraq şəhidin dünyasını dəyişmədiyini və əsirlikdə olduğunu bildirib.

18:55 - 23 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin