Rusiyada koronavirusun yeni növü yayılıb

 Rusiyada koronavirusun yeni növü yayılıb

Rusiyanın Krasnoyarsk diyarında koronavirusun yeni ştammı “Cerberus”a ilk yoluxma halları qeydə alınıb.

Asayis.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin Krasnoyarsk diyarı üzrə departamentinin rəhbəri Dmitri Qoryayev teleqram kanalında bildirib. "Son iki həftə ərzində omikronun əvvəllər bizim subyektdə qeydə alınmayan genetik xətləri aşkar edilib - BQ.1.1 ("Cerberus"), BF.7 və BQ.1.2", - deyə o qeyd edib.

Məlumata görə, ərazidə ən çox yayılan "Hippoqrif" (XVV.1) ştamıdır.

Qeyd edək ki, "Cerberus" ştamına daha əvvəl Rusiya ərazisində rast gəlinməyib.

16:02 - 23 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin