Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb

 Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Asayis.Az-a verilən məlumata görə, bu gün saat 19 radələrində Zaqatala şəhəri ərazisində Fərid Səmədov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü rayon sakini Güləsər Əliyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

18:10 - 22 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin