Bakıda avtomobilin vurduğu piyada ölüb

 Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Asayis.Az APA-ya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Sultanlı Fərid Afiq oğlu idarə etdiyi "KİA" markalı avtomobillə 1976-cı il təvəllüdlü Abuşov Araz Əlibala oğlunu vurub.

Xəstəxanaya yerləşdirilən piyada həkimlərin səyinə baxmayaraq ölüb.

Araşdırma aparılır.

16:39 - 22 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin