Polis Bakıdakı manyakla bağlı əhaliyə müraciət etdi - VİDEO

 Polis Bakıdakı manyakla bağlı əhaliyə müraciət etdi - VİDEO

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxsin müəyyənləşdirilməsi üçün 159 vətəndaşdan məlumat toplanıb və 57 kameranın görüntüləri araşdırılıb.

Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Xəzər Xəbər"ə açıqlamasında deyib.

Onun sözlərinə görə, şəhərin bütün nöqtələrində həmin şəxsin axtarışları aparılıb. Axtarışlar nəticəsində azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanıb. Onun əvvəllər məhkum olunmuş 42 yaşlı Elşən Mirzəcanov olduğu müəyyən edilib.

Elşad Hacıyev həmin şəxsin dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışdığını bildirib. O, xarici görkəmini və hətta yerişini də dəyişib.

Elşad Hacıyev deyib ki, həmin şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153-cü maddəsi, yəni əxlaqsız hərəkətlər etmə maddəsi ilə başlanan cinayət işi üzrə işlər davam etdirlir.

O da bildirilib ki, həmin şəxsin əməlindən zərər çəkmiş başqa insanlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

https://www.youtube.com/watch?v=FaV5bRrVSyQ

12:28 - 22 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin