Ukraynada azərbaycanlı hərbçi erməni “vaqnerçi”ni əsir götürdü - VİDEO

 Ukraynada azərbaycanlı hərbçi erməni “vaqnerçi”ni əsir götürdü - VİDEO

Ukraynada müharibə davam edir.

Asayis.Az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən sutka ərzində Donetsk, Zaporojye, Nikolayev, Xerson vilayətləri uzunmüddətli raket hücumuna məruz qalıblar.

Məlumata görə, Baxmut və Soledarda ağır döyüşlər davam edir.

O da bildirilib ki, həmin istiqamətdə əsir düşən “vaqnerçi”lər arasında Arayik Tumanyan adlı erməni də var.

“O, 1992-93-cü illərdə Qarabağda da döyüşüb. Onu əsir götürənlərdən biri də Ukrayna ordusunun azərbaycanlı hərbçisidir”, - deyə jurnalist əlavə edib.

https://www.youtube.com/watch?v=G8b_OSbGUWI

15:57 - 20 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin