İranda keçmiş millət vəkilinə şallaq vuruldu: Vəziyyəti ağırdır - FOTO

 İranda keçmiş millət vəkilinə şallaq vuruldu: Vəziyyəti ağırdır - FOTO

İranın Bicar şəhərinin keçmiş millət vəkili Məhəmməd Məhəmmədrzayiyə 44 şallaq zərbəsi vurulub.

Asayis.Az xəbər verir ki, bu barədə Azad İran teleqram kanalı xəbər verib.

Bildirilib ki, həbsdə olan Məhəmmədrzayinin ağır xəstə olmasına baxmayaraq, barəsində çıxarılan hökm icra edilib. Bundan sonra millət vəkilinin vəziyyəti ağırlaşıb.

Onun xanımı Fatimə Bəhraminin sözlərinə görə, keçmiş millət vəkili məmurlar tərəfindən vətəndaşlara məxsus torpaq sahələrinin qanunsuz olaraq mənimsənilməsinə etiraz etdiyi üçün beş il həbs cəzasına məhkum edilib.

17:33 - 19 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin