Ermənistanda hərbi hissədə yanğın - 15 hərbçi ölüb

 Ermənistanda hərbi hissədə yanğın - 15 hərbçi ölüb

Ermənistandakə hərbi hissədə baş verən yanğın nəticəsində 15 çağırışçı həlak olub, daha 6 çağırışçı və bir zabit xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Asayis.Az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluğun məlumatına görə, yanğın yerli vaxtla saat 01:30-da başlayıb. Yanğın hərbi hissənin binalarından birində sobanın benzinlə qızdırılması səbəbindən baş verib.

***08:14

Ermənistanın Basarkeçər rayonunun Azad kəndindəki hərbi hissədə yanğın baş verib.

Asayis.Az xəbər verir ki, bu barədə "life.ru" portalı yazıb.

Yanğının mühəndis-istehkam bölüyünün yataqxanasında gecə saatlarında baş verdiyi bildirilir.

Məlumata görə, hərbi hissə ərazisində baş verən yanğında 15 hərbçi ölüb, 3-ü isə yaralanıb.

13:59 - 19 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin