Deputat cərimələrin yüksək olmasını tənqid edib

 Deputat cərimələrin yüksək olmasını tənqid edib

“Niva”nın arxasında göyərti satan adama necə 1 500 manat cərimə yazmaq olar? Hansı ki, iri biznesi olan sahibkar heç vergi belə ödəmir, ona cərimə yazılmır. Bununla inkişaf olmaz”.

Asayis.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli komitənin iclası zamanı çıxışında bildirib.

O qeyd edib ki, inkişaf etmiş ölkələrin 80 % gəliri məhz kiçik və orta biznezdən əldə edilən vəsait hesabına formalaşır:

“Cərimələrin yüksək olması inkişafa mane olur. Sahibkar fikirləşir ki, bu qədər yüksək cərimə ödəməkdənsə işimi bağlayım ya da haramısa zədələyib əlillik alım”.

11:55 - 19 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin