Ələkbər Yasamallıdan kədərləndirən paylaşım - FOTO

 Ələkbər Yasamallıdan kədərləndirən paylaşım - FOTO

Meyxanaçı Ələkbər Yasamallı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

Asayis.Az xəbər verir ki, o, şəxsi instaqram hesabında intihar edən bacısı oğlunun məzarından foto paylaşıb. O, paylaşıma bunları da əlavə edib:

"30 yaşımdan 40 yaşıma kimi keçən 10 il çox tez ötdü. Şamxalsız 3 il isə ağrılı-acılı, hər saniyəsi kədər dolu 30 il kimi göründü. Kaş bu sözləri sən mənim üçün yazardın, nurüzlü Şamxalım. Bu 3 ilin hər ağrılı anı da kaş deyə-deyə keçdi. Səninlə üzbəüz dayanıb, dərdləşmək üçün nələr verməzdim. Amma sənə ancaq yaxşı şeylərdən danışardım. Sən gedəndən təəssüf ki, yaxşı nəsə olmayıb. Olubsa da, bizə yaxşı kimi görünməyib. Allah günahlarını bağışlasın. Qəbrin nurla dolsun".

10:33 - 19 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin