Azərbaycan əhalisinin sayı AÇIQLANDI

 Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı açıqlanıb. Asayis.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, ölkə üzrə əhalinin sayı ötən ilin əvvəlindən 58 679 nəfər və ya 0,6 faiz artaraq 2022-ci il dekabr ayının 1-i vəziyyətinə 10 215 045 nəfərə çatıb.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib.

18:29 - 18 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin