Uşaq motosikleti ilə maşın yolunda hərəkət edən azyaşlı ilə bağlı DYP-dən açıqlama - VİDEO

 Uşaq motosikleti ilə maşın yolunda hərəkət edən azyaşlı ilə bağlı DYP-dən açıqlama - VİDEO

Paytaxt küçələrinin birində avtomobil yolunda uşaq motosikleti sürən azyaşlının görüntüləri müzakirələrə səbəb olub. 

Asayis.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, hadisə Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində baş verib. Bu zaman balaca oğlan motosikletini avtomobil yolunda sürüb. Nəqliyyatın hərəkətinə açıq olan yolda digər maşınlar balacanın hərəkətinə müdaxilə etməyiblər. Daha sonra, bunu görən yaxınlıqdakı kişi uşağı yoldan kənarlaşdırmağa çalışıb. 

Balacanın valideynlərinin isə ərazidə olub-olmaması məlum deyil.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, bu kimi hadisələrdə uşağın valideynləri günahkardır:

“Bu mənzərə nə məntiqə, nə də şüura sığan hərəkətdir. Bəzən elə hadisələrin şahidi olursan ki, şərh verməyə çətinlik çəkirsən. Bu hadisəyə polis öz səlahiyyəti çərçivəsində hüquqi qiymət verəcək. Lakin mənəvi qiyməti cəmiyyət və elin qınağı formalaşdırmalıdır”.

17:26 - 18 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin