Burak Özçivit ikinci dəfə ata oldu - FOTO

 Burak Özçivit ikinci dəfə ata oldu - FOTO

Aktrisa Fahriye Evcenlə həyat yoldaşı Burak Özçivitin ikinci övladı dünyaya gəlib. Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2017-ci ildə ailə həyatı quran cütlüyün günorta saatlarında ikinci oğlu doğulub. 

Onlar övladlarına Kərəm adını veriblər. 

Doğuş zamanı həyat yoldaşını tək buraxmayan Burak sevinc göz yaşlarına boğularaq hər kəsi kövrəldib. 

Xatırladaq ki, Burakla Fahriyenin Karan adlı bir oğulları da var. 

16:45 - 18 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin