Polisi təhqir edən gəncin saçlarını kim kəsib? - DİN-dən AÇIQLAMA

 Polisi təhqir edən gəncin saçlarını kim kəsib? - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.

Asayis.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab olaraq deyib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:

"Bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Araşdırılır".

Qeyd edək ki, sözügedən görüntülər bu gün yayılıb. Həmin şəxsin ötən gün TikTok sosial şəbəkəsində polisi təhqir etdiyi, daha sonra saçının polis tərəfindən kəsildiyi iddia olunub. 

16:08 - 18 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin