"Mercedes" yol kənarındakı maşınlara çırpıldı - Bakı-Sumqayıt yolunda dəhşətli qəza

Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Asayis.Az xəbər verirs ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Şahidlərin sözlərinə görə, hadisə zamanı "Mercedes" markalı və digər avtomobil toqquşub.

"Mercedes" markalı avtomobil bundan sonra idarəetməni itirərək əvvəlcə bardürə, ardınca yol kənarındakı maşınlara çırpılıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Qəzada həm "Merdeces", həm də yol kənarındakı digər avtomobillərə ziyan dəyib.

15:55 - 18 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin