Türkiyə-İran sərhədində güclü zəlzələ - Naxçıvanda da hiss edildi

 Türkiyə-İran sərhədində güclü zəlzələ - Naxçıvanda da hiss edildi

Naxçıvan stansiyasından 100 km cənubda Türkiyə-İran sərhəddində zəlzələ olub.

Bu barədə Asayis.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Qeyd edilib ki, yerli vaxtla saat 14:08-də Naxçıvan stansiyasından 100 km cənub-qərbdə Türkiyə-İran sərhəddində zəlzələ qeydə alınıb.

Zəlzələ Naxçıvan MR-də 3-5 bala qədər hiss olunub.

15:29 - 18 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin