Bakıda qadını avtomobil vurub

 Bakıda qadını avtomobil vurub

Bakının Xətai rayonunda bir nəfəri avtomobil vurub. Asayis.Az apa-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, prospektin piyada üçün müəyyən edilməyən hissəsindən keçən 1973-cü il təvəllüdlü Süleymanova Sədaqət Mirəhəd qızını minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

14:40 - 18 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin