Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı

 Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı

Müğənni Hülya Avşar yeni açıqlaması ilə gündəmə gəlib. Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən gün məkanlardan birindən çıxan sənətçi jurnalistlərin suallarını cavablandırıb. Avşar "Hər zaman necə pozitiv ola bilirsiniz?" sualına belə cavab verib:

"İdman, günə erkən başlamaq, normal qidalanmaq - bunlar hamısı insanı depressiyadan çıxarır. Düzgün yaşamaq, lazım olanda pul xərcləmək, lazım olmayanda xərcləməmək, həyatda hər şeyi normal qaydada etmək, başqaları üçün yaşamamaq depressiyadan uzaqlaşdırır. İnsanların həyatda müəyyən qorxuları olur. O qorxduqları nələrdisə ondan qurtulmağı bacarsalar çox yaxşı olacaq".

 

14:21 - 18 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin